Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirib, üç nəfər ölüb
Far.Az xəbər saytı

Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirib, üç nəfər ölüb


Rusiyanın pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın Sumı şəhərindəki ticarət-əyləncə mərkəzinə zərbəsi nəticəsində üç nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov öz "Telegram" kanalında məlumat yayıb.

"Təəssüf ki, hazırda Sumıda ticarət-əyləncə mərkəzinin ərazisinə PUA hücumu nəticəsində 3 nəfərin öldüyü məlumdur", – o yazıb.

Qriqorovun məlumatına görə, 2 nəfər yaralanıb.

Hadisə ilə bağlı məlumatlar dəqiqləşdirilir. Nəticələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Oxşar xəbərlər

Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər