Dördüncü İqlim Həftəsi başa çatıb
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsi öz işinə yekun vurub.
Far.Az report-a istinadən xəbər verir ki, sentyabrın 7-dən 11-dək davam edən tədbir çərçivəsində enerji keçidi, iqlim maliyyələşməsi, sənayenin karbonsuzlaşdırılması, dayanıqlı inkişaf və iqlim dəyişmələrinin təsirlərinin azaldılması kimi aktual mövzularla bağlı dəyirmi masalar, panel müzakirələri və konfranslar keçirilib.
Müxtəlif ölkələrdən olan nümayəndələr, beynəlxalq təşkilatların təmsilçiləri, ekspertlər və özəl sektor nümayəndələri iqlim gündəliyinin əsas istiqamətləri, mövcud çağırışlar və onların həlli yolları ətrafında fikir mübadiləsi aparıblar.
Beş gün ərzində keçirilən müzakirələrdə COP29, COP30 və COP31 arasında davamlılığın və institusional rabitənin qorunması, əvvəlki iqlim konfranslarında qəbul olunmuş qərarların icrasının sürətləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinə çıxış imkanlarının artırılması da əsas mövzular sırasında yer alıb.
Eyni zamanda qarşıdakı COP prosesində ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və iqlim öhdəliklərinin praktiki nəticələrə çevrilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"lə oyunda fasiləyə məğlub yollanıb - CANLI YAYIM













