Vuçiç istefasının tarixini açıqlayıb
Far.Az xəbər saytı

Vuçiç istefasının tarixini açıqlayıb


Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 25-də və ya 26-da istefaya gedəcəyini bildirib.

"Far.Az" Serbiya mediasına istinadən xəbər verir ki, bu barədə A.Vuçiç jurnalistlərə açıqlamasında deyib.

"Mən Nyu-Yorkdan qayıtdıqdan dərhal sonra istefaya gedəcəyəm. Bu, sentyabrın 25-i və ya 26-sı olacaq", - o bildirib.

A.Vuçiç seçkiqabağı kampaniyada sıravi vətəndaş kimi iştirak etmək istədiyini vurğulayıb.

Qeyd edək ki, sentyabrın 9-da Aleksandr Vuçiç parlamentin buraxılması və oktyabrın 25-də növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb.

Oxşar xəbərlər

"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
"Celt Tədris Mərkəzi" 25 illik uğur tarixini yeni rekordla davam etdirir
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Parlamentin təntənəli açılışının olduğu, bayrağın qəbul edildiyi tarixi binadan REPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər