İordaniyada erməni əsilli rejissorun filmi “Oskar” mükafatına təqdim edilməyib
Sentyabrda erməni əsilli İordaniyalı rejissor Sarin Hayrapetyanın çəkdiyi “Mənim şirin torpağım” adlı filminin “ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatına təqdim edilmək üçün seçilməsinə baxmayaraq, filmin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı olduğu nəzərə alınaraq, Azərbaycan tərəfinin narahatlığı dərhal İordaniya tərəfinə çatdırılıb.
“Far.Az” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İordaniya tərəfinin erməni əsilli rejissorun Azərbaycan əleyhinə çəkdiyi filmi “Oskar” nominasiyasından geri götürməsi ilə bağlı medianın sualına cavabında bildirib.
"Erməni tərəfinin iddiasının əksinə, burada hər hansı bir təzyiqdən söhbət gedə bilməz. Məhz İordaniya Kral Film Komissiyasının müstəqil şəkildə qəbul etdiyi qərar nəticəsində film sonda “Oskar” mükafatına təqdim edilməyib və İordaniyada filmin nümayişi dayandırılıb. İordaniya tərəfinin bu qərarını alqışlayırıq", - A.Hacızadə qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













