Emin Əmrullayev: Yaxın həftə, yaxud aylarda müəllimlərin ikinci sertifikasiya prosesi aparılacaq
Yaxın həftə, yaxud aylarda müəllimlərin ikinci sertifikasiya prosesi həyata keçiriləcək.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, keyfiyyətli təhsil naminə müəllimlərin təhsili artırılmalıdır:
"Yaxın həftə və aylarda ikinci dəfə sertifikasiyaya cəlb olunacaq müəllimlər üçün yeni qiymətləndirmə çərçivələri təqdim ediləcək. Yeni çərçivələr əvvəlkindən əsaslı şəkildə fərqlənməyəcək, lakin müəyyən dəyişikliklər olacaq".
E.Əmrullayev bildirib ki, xüsusilə ibtidai sinif müəllimlərinin oxu və oxuyub-anlama bacarıqlarına daha çox diqqət yetiriləcək:
"Bu, xüsusilə ibtidai sinifdə oxu ağırlıqlı olacaq. Bizim üçün ibtidai siniflərdə tədris edən müəllimləri oxuyub-anlama bacarıqlarının yüksək olması çox vacibdir. Çünki əks halda uşaqlara onu öyrədə bilmirlər".
Nazir sertifikasiyanın ilk beşillik mərhələsinin nəticələrini də müsbət qiymətləndirib:
"Sertifikasiyanın nəticələri dərhal deyil, zaman keçdikcə daha aydın görünəcək. Zaman keçdikcə müəllimlər qarşısında qoyulan tələblər də artacaq. Əgər biz təhsilin daha yaxşı, keyfiyyətli olmasını istəyiriksə, müəllimlərimizdən də daha yüksək keyfiyyət standartları gözləməliyik".
O əlavə edib ki, sertifikatlaşdırmanın ikinci mərhələsində müəllimlərin qiymətləndirilməsi ilə yanaşı, əməkhaqqı yanaşmaları ilə bağlı da müəyyən müzakirələr aparılır.
Oxşar xəbərlər
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
"McDonald"s Azərbaycan" ölkə üzrə şəhid ailələrinin birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













