AZAL-da rəhbər vəzifəyə YENİ TƏYİNAT
Far.Az xəbər saytı

AZAL-da rəhbər vəzifəyə YENİ TƏYİNAT


Azərbaycan Hava Yollarının alt qurumu olan Sərnişin Aviaşirkətinə baş icraçı direktoru vəzifəsinə Mario Çaves təyin edilib. O, aviaşirkətin növbəti inkişaf mərhələsinə rəhbərlik edəcək.

Far.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Mario Çaves aviasiya sahəsində 30 ildən artıq peşəkar təcrübəyə malikdir. O, 2023-cü ildən etibarən "TAP Air Portugal" aviaşirkətində əməliyyatlar üzrə baş direktor vəzifəsində çalışıb. Bundan əvvəl "Portugalia Airlines" şirkətində baş icraçı direktor, "Grupo SATA" şirkətində əməliyyatlar və kommersiya üzrə baş direktor, "Cabo Verde Airlines" şirkətində isə baş icraçı direktor vəzifəsini müvəqqəti icra edib, daha sonra korporativ işlər üzrə baş direktor vəzifəsində çalışıb.

O, aviasiya sahəsində karyerasına 1995-ci ildə başlayıb, 1998-ci ildə isə "TAP Air Portugal" şirkətində pilot kimi fəaliyyətə başlayıb. Daha sonra "IATA"nın baş qərargahında uçuş əməliyyatları, o cümlədən tənzimləmə və səmərəlilik istiqamətləri üzrə yüksək vəzifələrdə çalışıb, müxtəlif beynəlxalq aviaşirkətlərdə rəhbər vəzifələr tutub. Yeni rəhbərin aviaşirkətlərin əməliyyatları və kommersiya idarəçiliyi sahəsində, eləcə də yüksək rəhbər vəzifələrdə qazandığı geniş beynəlxalq təcrübə aviaşirkətin genişlənmə strategiyasına mühüm töhfə verəcəyi gözlənilir.

Bu təyinat Azərbaycan Hava Yollarının davamlı inkişaf, əməliyyat səmərəliliyinin artırılması və xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətinin, eləcə də qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinin davamıdır.

AZAL-da rəhbər vəzifəyə YENİ TƏYİNAT

Oxşar xəbərlər

Dövlət Xidmətində yüksək vəzifəyə yeni TƏYİNAT
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər