Səfir: Belarus və Azərbaycan Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr geniş spektri əhatə edib
Far.Az xəbər saytı

Səfir: Belarus və Azərbaycan Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr geniş spektri əhatə edib


Belarus və Azərbaycan Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr ikitərəfli münasibətlərin bütün spektrini əhatə edib.

Bu barədə "Far.Az"a xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.

Onun sözlərinə görə, məsləhətləşmələr zamanı ticari-iqtisadi əməkdaşlıq, təhsil və mədəniyyət layihələri, idman sahəsində qarşılıqlı fəaliyyət və digər istiqamətlər müzakirə olunub.

"Faktiki olaraq, XİN-lərarası məsləhətləşmələr münasibətlərimizin bütün spektrini - ticari-iqtisadi, təhsil, mədəniyyət, idman sahələrini əhatə edib", - diplomat qeyd edib.

O vurğulayıb ki, məsləhətləşmələrin yekunları üzrə tərəflər əvvəllər planlaşdırılan layihələri, həmçinin beynəlxalq platformalarda bir-birinə dəstəyi, eləcə də qarşılıqlı marağı təsdiqləyiblər.

Dmitri Pineviç həmçinin iki ölkənin beynəlxalq tədbirlərdə və sərgilərdə planlaşdırılan qarşılıqlı iştirakı barədə məlumat verib.

Onun sözlərinə görə, Belarus nümayəndə heyəti oktyabr ayında Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə iştirak edəcək. Azərbaycan isə öz növbəsində Belarusda keçiriləcək "Vinoprom" sərgisinə qatılacaq.

Səfir qeyd edib ki, ölkələr həmçinin sərgilərdə qarşılıqlı iştirakı davam etdirəcəklər.

XİN-lərarası məsləhətləşmələrin növbəti raunduna toxunan Pineviç müxtəlif sahələr üzrə məsləhətləşmələr planının tərtib olunacağını bildirib.

"Bunlar qlobal və ayrı-ayrı sektorlarda aparılan məsləhətləşmələrdir və hər il belə məsləhətləşmələr keçiriləcək. Onlar əvvəllər də keçirilib", - o bildirib.

Diplomat əlavə edib ki, iki ölkənin XİN-ləri arasında əlaqələr müntəzəm qaydada, o cümlədən xarici işlər nazirləri və nazir müavinləri səviyyəsində davam etdirilir.

Oxşar xəbərlər

AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycanın bu bölgəsinə 150 sm QAR YAĞIB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər