Nazir: "Uşaqların adı məktəbdə, özü isə repetitor yanındadır"
Far.Az xəbər saytı

Nazir: "Uşaqların adı məktəbdə, özü isə repetitor yanındadır"


"Uşaqların adı məktəbdədir, özü isə repetitor yanındadır".

Far.Az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev bu gün yeni tədris ilinə aid keçirilən mətbuat konfransında deyib.

Nazir vurğulayıb ki, məqsəd hər bir azərbaycanlı şagirdin gələcəkdə təmayül təhsil modeli vasitəsilə universitetlərə qəbul olmaq imkanının yaradılmasıdır:

"Gələcəkdə ali təhsil müəssisəsinə getmək istəyən şagird gəlib təmayül sinfində təhsil ala bilər. Amma kim istəyirsə repetitor yanına gedir, onda da bizim problemimiz yoxdur. Uşaqların adı məktəbdədir, amma özü repetitor yanındadır. Bu, səhvdir. Biz bunu həll etmək istəyirik. Təmayül siniflərinin əsas məqsədi şagirdlərin təhsil səviyyəsini yüksəltmək və onları ali təhsilə daha yaxşı hazırlamaqdır".

Zöhrə Pənah

Oxşar xəbərlər

Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Emin Əmrullayev Saatlıda vətəndaşları qəbul edib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Emin Əmrullayev Qazaxıstanda "Study in Azerbaijan" beynəlxalq təhsil sərgisi ilə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər