"Anthropic", "OpenAI" və "Google" süni intellekt üzrə təşkilatın yaradılmasını müzakirə edirlər
Far.Az xəbər saytı

"Anthropic", "OpenAI" və "Google" süni intellekt üzrə təşkilatın yaradılmasını müzakirə edirlər


"Anthropic", "OpenAI" və "Google" süni intellekt sahəsində standartlar hazırlamaq üçün birgə sahə təşkilatının yaradılmasını müzakirə edirlər.

"Far.Az"un məlumatına görə, bu barədə mənbələrə istinadən "Information" xəbər verib.

"Anthropic", "OpenAI" və "Google" süni intellekt standartları üzrə birgə qurum yaratmaq üçün danışıqlar aparır; üç şirkətin nümayəndələri iyuldan bəri işçi qrupu formatında görüşürlər", - nəşr yazır.

Nəşrin mənbələrinin məlumatına görə, "Anthropic", "OpenAI" və "Google" işçi qruplarının görüşləri üç şirkətin rəhbərliyinin səs-küylü ictimai bəyanatlarından və təkliflərindən kənarda real tədbirlər görməyə hazır olduğunu göstərir. Bir mənbə görüşlərdən birinin ötən həftə baş tutduğunu vurğulayıb. Məqalədə deyilir ki, "Meta"nın məsələ ilə bağlı mövqeyi hələ də qeyri-müəyyəndir.

Daha əvvəl "Anthropic"in baş direktoru Dario Amodei güclü süni intellekt modellərinin onları dayandırmaq üçün insan cəhdlərini dəf etməyə qadir olduğunu bildirib. O, şənbə günü təhlükəsizlik səbəbləri ilə süni intellektin inkişafını yavaşlatmağa çağırıb. Milyarder İlon Mask və "OpenAI"nin baş direktoru Sem Altman ideya ilə razı olduqlarını bildiriblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
"Rəqəmsal mediada ədəbi dil standartları: müasir yazı texnikası və praktik redaktə" mövzusunda təlimlər keçirilir
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər