AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir
Far.Az xəbər saytı

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir


Avropa Komissiyası (AK) 15 yaşınadək uşaq və yeniyetmələrin sosial şəbəkələrə və video-kontent mübadiləsi platformalarına girişini məhdudlaşdıran yeni qaydalar təklif edəcək.

"Far.Az" xəbər verir ki, bu barədə POLITICO mənbəyə və müvafiq sənədə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Avropa Komissiyası yaxın günlərdə yaş məhdudiyyətlərini, sosial şəbəkələrə və digər platformalara yeni təhlükəsizlik tələbləri tətbiq edəcək yeni "EU KIDS Act" qanun layihəsini təqdim edəcək.

Sənədlərə əsasən, təklif 15 yaşından kiçik uşaq və yeniyetmələr üçün valideyn nəzarəti altında sosial şəbəkələrə girişin çoxsəviyyəli sisteminin yaradılmasına yönəlib. Qeyd olunub ki, söhbət tam qadağadan deyil, yaşdan asılı olaraq müəyyən növ hesablardan istifadə edilməsindən gedir. Belə ki, 13 yaşınadək uşaqların hesabları qəyyumlar tərəfindən nəzarət ediləcək və "sərt təhlükəsizlik standartlarına" cavab verəcək. 13-15 yaşlı yeniyetmələr üçün yad insanlarla ünsiyyətə və cihazlardan istifadə müddətinə məhdudiyyətlər qoyulan, həmçinin valideyn nəzarəti funksiyaları olan "başlanğıc" hesabları nəzərdə tutulub. 15 yaşından etibarən yeniyetmələr öz hesablarını yarada biləcəklər.

Bu qərar, məsələni siyasi gündəliyin birinci yerinə çıxarmaq məqsədilə hökumət başçıları, o cümlədən Fransa Prezidenti Emmanuel Makron tərəfindən aylarla davam edən intensiv təzyiqlərdən sonra qəbul edilib. Avstriya, Danimarka, Fransa, Yunanıstan və İspaniya uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdıran milli qanunlar qəbul edirlər.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin çərşənbə günü Strasburqda parlament üzvləri qarşısında Avropa İttifaqındakı (Aİ) vəziyyətlə bağlı çıxışında daha ətraflı məlumat verəcəyi gözlənilir.

Aİ-nin yeni təklifi sosial şəbəkələrə, video mübadiləsi platformalarına, onlayn oyunlara, eləcə də çat-botlara və süni intellekt köməkçilərinə şamil ediləcək, lakin təhsil alətlərinə toxunmayacaq.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Uşaqların sosial şəbəkələrdən istifadəsinə yeni qaydalar: Ekspertdən VACİB AÇIQLAMALAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər