Fariz Cəfərov: "Energetika texnologiyaları sahəsində sınaq meydançalarının yaradılması vacibdir"
Far.Az xəbər saytı

Fariz Cəfərov: "Energetika texnologiyaları sahəsində sınaq meydançalarının yaradılması vacibdir"


Azərbaycanda innovasiya ekosistemin gücləndirilməsi məqsədilə dövlət səviyyəsində müvafiq siyasət çərçivəsi və tənzimləyici mexanizmlər hazırlanır, startapların səmərəli fəaliyyət göstərməsi üçün münasib şərait formalaşdırılır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Baku ID 2026"nın (Baku İnvestment Day) ll günündə bildirib.

O qeyd edib ki, dünya təcrübəsi sübut edir ki, dövlətlər əsas etibarilə tənzimləmə çərçivələrinin və münasib şəraitin təmin edilməsi funksiyasını üzərinə götürürlər:

"Hazırda Azərbaycanda vençur fondlarının fəaliyyəti və maliyyə vəsaitlərinin cəlbi ilə əlaqədar tənzimləmə bazası mövcuddur, Süni İntellekt Strategiyası, Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası və başqa strateji sənədlər qəbul olunub. Beləliklə, siyasət istiqamətləri və tənzimləmə mexanizmləri artıq təşəkkül tapmaqdadır. Dövlətlər elə bir mühit formalaşdırırlar ki, birbaşa investor və ya startap qismində çıxış etməsələr belə, bütün iştirakçıların fəaliyyət göstərə biləcəyi üçün şərait yaransın. "SABAH.HUB" bunun parlaq nümunəsidir. Bu platformada startapların, ali təhsil müəssisələrinin, laboratoriyaların, özəl sektorun və dövlət qurumlarının birgə fəaliyyət göstərərək sinerji effekti yaratdıqlarını müşahidə etmək mümkündür".

4SİM mərkəzinin rəhbəri xüsusi olaraq vurğulayıb ki, energetika texnologiyaları ("energy tech") istiqamətində fəaliyyət göstərən startaplar üçün sınaq meydançalarının ("testbeds") və verilənlərə çıxış imkanlarının (API) yaradılması mühüm əhəmiyyət daşıyır:

"Energetika sahəsi yüksək kapital tutumlu (CAPEX) və kritik infrastruktura malik bir sektordur. Startapın öz məhsulunu birbaşa, məsələn, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) platformasında və ya emal zavodunda sınaqdan keçirməsi asan proses deyil. Belə startaplar üçün ilkin məhsullarını yoxlaya biləcəkləri sınaq meydançaları yaradılmalıdır. Çünki bəzi hallarda ilk müştəri ilk qrantdan daha böyük dəyər daşıyır. Startaplar öz məhsullarını daxili bazarda təsdiqləməlidirlər ki, beynəlxalq bazarlara çıxış əldə edə bilsinlər. Əgər "energy tech" startapı öz həllini yerli şirkətlərdə sınaqdan keçirməyibsə, beynəlxalq səviyyədə uğurunu isbat etməkdə çətinlik çəkəcək. Bundan əlavə, hökumət API-lər və açıq məlumat platformaları vasitəsilə elə bir infrastruktur qurmalıdır ki, startaplar bu verilənlərdən bəhrələnə bilsinlər".

Oxşar xəbərlər

Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Yeni prioritetlər: dövlət xidmətləri bir mərkəzdə cəmlənir - TƏHLİL
Süni intellektdən rəqəmsal ixraca: Azərbaycanın yeni iqtisadi hədəfləri – TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər