Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar
Far.Az xəbər saytı

Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar


Bakı şəhərində avtobusların qrafikə uyğun və gecikmədən hərəkətini təmin etmək məqsədilə Ziya Bünyadov prospektində avtobus zolağının qüvvədəolma müddəti artırılıb.

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Belə ki, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində, Metronun 20 Yanvar stansiyası istiqamətində avtobus zolağının axşam saatlarında fəaliyyət müddəti 1 saat artırılıb.

Əvvəllər avtobus zolağı 17:00-20:00 aralığında qüvvədə olub. Dəyişikliyə əsasən, bundan sonra zolaq 17:00-21:00 aralığında qüvvədə olacaq.

Sürücülərdən edilən dəyişikliyi nəzərə alaraq diqqətli olmaları xahiş olunur.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələn avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçədə parklanma LƏĞV EDİLİR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər