Qırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib
Far.Az xəbər saytı

Qırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib


Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib.

"Far.Az" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb.

Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayət Məcəlləsinin 337-ci maddəsinin 4-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ittiham irəli sürülüb. Keçmiş məmur ötən gün saxlanılmışdı.

Daha əvvəl Hərbi Prokurorluq "Baytik" meteostansiyasının ərazisində bina tikintisi zamanı pozuntular aşkar etmişdi. Bina tikintinin qadağan edildiyi su mühafizə zonasında inşa olunub. Dövlətə xüsusilə külli miqdarda ziyan vurulub.

Oxşar xəbərlər

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun DETALLARI
Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər