Premyer Liqanın Vl turunda "Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
Far.Az xəbər saytı

Premyer Liqanın Vl turunda "Sumqayıt" "Kəpəz"lə heç-heçə edib


Misli Premyer Liqasında VI tura yekun vurulub.

"Far.Az"un məlumatına görə, turun son matçında "Sumqayıt" səfərdə "Kəpəz"lə heç-heçə edib.

Gəncə şəhər stadionunda baş tutan matç 1:1 hesabı ilə başa çatıb.

"Sumqayıt"ın heyətində 35-ci dəqiqədə Mamadi Banqre fərqlənib. Meydan sahiblərindən isə 86-cı dəqiqədə Kennet Kalunqa rəqib qapısına yol tapıb.

Bu nəticədən sonra "Kəpəz" 7 xalla 7-ci pillədə qərarlaşıb. 2 xala malik "Sumqayıt" isə 11-cidir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı (1:0), "Turan Tovuz" "Zirə"ni (1:0), "Sabah" "İmişli"ni (3:1), "Şamaxı" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib.

Oxşar xəbərlər

Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Azərbaycan klubları yay fasiləsində: "İmişli" lider, son çempion "Sabah" autsayderdir - ARAŞDIRMA
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər