Tokayev və Ştaynmayer Berlində birgə bəyannamə imzalayıblar
Qazaxıstan ilə Almaniya prezidentləri Kasım-Jomart Tokayev və Frank-Valter Ştaynmayer Berlində danışıqların yekunlarına əsasən birgə bəyannamə imzalayıblar.
"Far.Az" Akordaya istinadən xəbər verir ki, sənəddə prezidentlərin əsası 2023-cü il sentyabrın 29-da Berlində keçirilmiş birinci "Mərkəzi Asiya – Almaniya" sammitində qoyulmuş Mərkəzi Asiya və Almaniya arasında strateji regional tərəfdaşlığı dəstəklədikləri təsdiqlənib.
Onlar 2027-ci ilin yayında Saar federal əyalətində ilk forumun keçirilməsini və növbəti forumun 2028-ci ildə Qazaxıstanda təşkil olunması imkanını dəstəkləyirlər.
Tokayev Almaniyaya səfər dəvətinə görə Ştaynmayerə təşəkkür edib və yüksək səviyyədə təmasların intensivliyinin ikitərəfli əməkdaşlığın strateji və hərtərəfli xarakter daşıdığını göstərdiyini qeyd edib.
Onun sözlərinə görə, Almaniya Qazaxıstanın Avropadakı əsas tərəfdaşıdır və praktiki əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensial var.
"2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi 4,5 milyard dollara çatıb. Müsbət dinamika bu il də qorunub saxlanılır. Cari ilin 7 ayı ərzində qarşılıqlı ticarətin həcmi 2,6 milyard dolları ötüb. Bu gün Qazaxıstanda Almaniya kapitalının iştirakı ilə 1 400-dən çox şirkət qeydiyyatdan keçib. 20 il ərzində Almaniyadan ümumi investisiya axını 8 milyard dollar təşkil edib. Bizim qarşılıqlı fəaliyyətimizin əyani nümunəsi CLAAS Group, Rhenus Logistics, Siemens Energy, Linde və digər aparıcı Almaniya şirkətləri ilə əməkdaşlıqdır", - Qazaxıstan Prezidenti bildirib.
Ştaynmayer isə deyib ki, Tokayevin səfəri ikitərəfli münasibətlərə əlavə təkan verəcək.
Oxşar xəbərlər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib













