Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini ratifikasiya edib
Milli Məclis "Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti ilə "Gran Tierra Energy (Azerbaijan) GmbH" şirkəti və "SOCAR Quba-Xəzəryanı" MMC arasında Saziş"in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini qəbul edib.
"Far.Az" xəbər verir ki, sənəd parlamentin payız sessiyasının bugünkü - ilk iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, saziş bu il fevralın 19-da imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Gran Tierra Energy Inc." şirkətinin prezidenti və baş icraçı direktoru Gary Guidry imzalayıblar.
Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək "Gran Tierra Energy Inc." 65 % iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.
Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
SOCAR və "Gran Tierra Energy Inc." arasında saziş imzalanıb
Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
SOCAR Kanada şirkəti ilə Azərbaycanın quru ərazisində seysmik kəşfiyyat aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













