SOCAR Kanada şirkəti ilə Azərbaycanın quru ərazisində seysmik kəşfiyyat aparacaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kanadanın "Gran Tierra Energy" şirkəti ilə birlikdə Quba-Xəzəryanı neft-qaz regionunun geoloji quruluşunun dəqiqləşdirilməsi məqsədi ilə 2D seysmik kəşfiyyat işlərinin həyata keçirmək niyyətindədir.
"Far.Az" SOCAR-a istinadən xəbər verir ki, qeyd olunan işlərin bu regionda yerləşən qurudakı perspektiv sahəsində Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü haqqında saziş çərçivəsində yerinə yetirilməsi planlaşdırılır.
Qeyd edilib ki, layihənin icrasının ilkin hazırlıq mərhələsində Quba Rayon İcra Hakimiyyətində görüş təşkil edilib və iştirakçılar görüşdə layihənin həyata keçirilməsi üzrə növbəti addımları nəzərdən keçiriblər.
Xatırladaq ki, SOCAR və "Gran Tierra Energy" arasında müvafiq saziş bu ilin fevralında imzalayıb. Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək "Gran Tierra Energy Inc." 65 % iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.
Oxşar xəbərlər
SOCAR və "Gran Tierra Energy Inc." arasında saziş imzalanıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













