Avrobarometr: Aİ-də kibertəhlükəsizlik bilikləri ilə praktiki davranış arasında ciddi fərq mövcuddur
Avropa İttifaqı (Aİ) oktyabrın 1-dən illik kibertəhlükəsizlik ayına start verir. Bu təşəbbüs əməkdaşların rəqəmsal təhdidlər barədə məlumatlılığı ilə gündəlik işdə real davranışları arasında ciddi fərq olduğu bir vaxtda keçirilir. Belə ki, əməkdaşların 83 faizi kiberhücumların nəticələrini ciddi hesab etsə də, yalnız hər iki nəfərdən biri rəqəmsal təhlükəsizliyin əsas qaydalarına əməl edir.
Bu barədə "Report"un Avropa bürosu Avrobarometrin yeni sorğusunun nəticələrinə istinadən xəbər verir.
Tədqiqatın məlumatlarına görə, Aİ ölkələrində işçilərin dörddə üçü iş yerində ən azı bir dəfə şübhəli elektron məktublar, mesajlar və ya linklərlə qarşılaşıb. Ən geniş yayılmış təhlükə fişinq olub: respondentlərin 39 %-i məlumatların oğurlanmasına və ya icazəsiz çıxış əldə edilməsinə yönəlmiş dələduzluq mesajları aldıqlarını ya da saxta saytlar aşkar etdiklərini bildirib. Daha 18 % fərdi məlumatların oğurlanması cəhdlərini qeyd edib, 17 % zərərli proqram təminatı, 16 % şifrələrin oğurlanması cəhdləri, 15 % isə süni intellektin köməyi ilə yaradılmış dələduzluq sxemləri ilə qarşılaşıb.
Sorğuda iştirak edən işçilərin mütləq əksəriyyəti - 83 %-i kiberhücumların potensial nəticələrini ciddi qiymətləndirir. Böyük bir qismi kibertəhlükəsizlik qaydalarının pozulması ilə bağlı riskləri də anlayır. Belə ki, respondentlərin 76 %-i göndərəni əvvəlcədən yoxlamadan keçidə klikləməyi, 74 %-i isə şəxsi və iş hesablarında eyni paroldan istifadə etməyi təhlükəli hesab edir.
Lakin təcrübədə bu biliklər daha az tətbiq olunur. İşçilərin yalnız 54 %-i linklərə keçid etməzdən əvvəl göndərəni yoxladığını bildirib və yalnız yarısı iş yerini tərk edərkən kompüterini həmişə söndürür. Respondentlərin 72 %-i şübhəli elektron məktubu tanıya biləcəyini bildirsə də, yalnız 48 %-i süni intellektlə yaradılmış saxta videonu ayırd edə biləcəyinə əmindir.
Avropa Komissiyası qeyd edib ki, məlumatlılıq səviyyəsi və kibergigiyenanın baza qaydalarına əməl olunması yaşdan asılı olaraq nəzərəçarpacaq dərəcədə fərqlənir: 15-24 yaş arası gənclər daha aşağı məlumatlılıq səviyyəsi nümayiş etdirirlər, bu da daha məqsədyönlü təlimlərə ehtiyac olduğunu göstərir.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













