Pakistan Fatah-4 qanadlı raketinin uğurlu sınağını keçirib
Pakistan yerli istehsal olan Fatah-IV yerüstü buraxılışlı qanadlı raketinin uçuş məsafəsi artırılmış versiyasını uğurla sınaqdan keçirib.
"Far.Az" xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidməti (ISPR) məlumat yayıb.
Bildirilib ki, raket sistemi müasir avionika və qabaqcıl naviqasiya vasitələri ilə təchiz olunub. Sistem daha uzaq məsafələrdə yerləşən hədəfləri yüksək dəqiqliklə məhv etmək imkanına malikdir. Sınaq zamanı raket sisteminin müxtəlif alt sistemlərinin texniki göstəriciləri də yoxlanılıb. ISPR-in məlumatına görə, bu sistemlər dəqiqliyin artırılması və raketin sağqalma qabiliyyətinin yüksəldilməsi məqsədilə təkmilləşdirilib.
Sınağı Pakistan Ordusunun yüksək rütbəli zabitləri, eləcə də raket sistemini hazırlayan qurumun alim və mühəndisləri izləyiblər. Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif, Quru Qoşunlarının Baş Qərargah rəisi və Müdafiə Qüvvələrinin komandanı feldmarşal Seyid Asim Munir, həmçinin silahlı qüvvələrin digər qoşun növlərinin rəhbərləri sınağın uğurlu nəticəsini yüksək qiymətləndiriblər.
Pakistanın daxili işlər naziri Möhsin Naqvi də Fatah-IV raketinin uçuş məsafəsi artırılmış versiyasının uğurlu sınağını müdafiə sektorunda mühüm irəliləyiş adlandırıb və raketin hazırlanmasında iştirak edən alim və mühəndisləri təbrik edib.
وفاقی وزیرداخلہ محسن نقوی کی مقامی طور پر تیار کردہ فتح 4 گراؤنڈ لانچڈ کروز میزائل کے توسیعی ورژن کے کامیاب تجربے پر قوم کو مبارکباد کامیاب تجربہ سائنسدانوں اور انجینیئرز کا قابل تحسین کارنامہ ہے۔
— Ministry of Interior GoP (@MOIofficialGoP) October 6, 2026
Qeyd edək ki, Pakistan Ordusunun Raket Qüvvələri Komandanlığı may ayında da Fatah-IV yerüstü buraxılışlı qanadlı raketinin uğurlu sınağını keçirib. 2025-ci ilin sentyabrında isə Fatah-IV raketinin 750 kilometr məsafəyə uçuş üzrə təlim buraxılışı həyata keçirilib.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Yunanıstan və ABŞ Rubionun Afinaya səfəri zamanı üç sənəd imzalayacaqlar













