Asiya Futbol Konfederasiyası Millətlər Liqasının təşkilini nəzərdən keçirir
Asiya Futbol Konfederasiyası (AFC) 2030-cu ildən Millətlər Liqasının təşkilini nəzərdən keçirir.
"Far.Az" "ESPN" nəşrinə istinadən xəbər verir ki, yeni layihə dünya çempionatı və Asiya Kubokunun seçmə mərhələlərindəki genişmiqyaslı islahatların tərkib hissəsi olacaq.
Yarış iki ildən bir keçiriləcək. İştirakçılar üç diviziona bölünəcəklər: I və II divizionda 18, III divizionda isə 11 komanda yer alacaq. Avropa Millətlər Liqasında olduğu kimi, Asiya turnirində də divizionlararası enmə və yüksəlmə sistemi tətbiq ediləcək.
Dünya çempionatının seçmə mərhələləri çərçivəsində ali divizionun ən yaxşı 6 yığması mundiala birbaşa vəsiqə qazanacaq. İlk belə yarış 2032/2033 mövsümünə planlaşdırılır. 7–10-cu yerləri tutacaq komandalar əlavə turnirdə qalan iki kvota uğrunda mübarizə aparacaqlar. Əlavə turnirdə üçüncü yeri tutacaq komanda isə konfederasiyalararası pley-off matçına çıxacaq.
Asiya Kubokunun seçmə mərhələsi də 2030-cu ildən etibarən Millətlər Liqası sisteminə inteqrasiya olunacaq.
Qeyd edək ki, analoji turnirin 2029-cu ildə KONKAKAF və Afrika zonalarında da tətbiqi planlaşdırılır.
Oxşar xəbərlər
Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir













