Neftçalada avtomobillə motosiklet toqquşub, ölən və yaralananlar var
Far.Az xəbər saytı

Neftçalada avtomobillə motosiklet toqquşub, ölən və yaralananlar var


Neftçala rayonunda minik avtomobili və motosikletin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun sənaye məhəlləsinin yaxınlığından keçən Salyan – Neftçala avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Sanqam” markalı avtomobil motosikletlə toqquşub.

Qəza nəticəsində qoşqulu motosikletin sürücüsü, Bankə qəsəbə sakini 1960-cı il təvəllüdlü Mirzəyev Ağasəf Paşa oğlu, eyni qəsəbənin sakinləri olan sərnişinlər – 1986-cı il təvəllüdlü İbrahimova Günel Ağasəf qızı, onun övladları, 2010-cu il təvəllüdlü İbrahimov Natiq Fuad oğlu, 2010-cu il təvəllüdlü İbrahimov Yəhya Fuad oğlu, 2008-ci il təvəllüdlü İbrahimova Ləman Fuad qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanada həkimlərin səyinə baxmayaraq, uşaqların babası olan Ağasəf Mirzəyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Neftçalada avtomobillə motosiklet toqquşub, ölən və yaralananlar var.
Bu il ən yüksək nəticə göstərib ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində ərlə arvad ölüb - YENİLƏNİB 1 - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər