Sabah hava yağmursuz olacaq
Far.Az xəbər saytı

Sabah hava yağmursuz olacaq


Bakıda və Abşeron yarımadasında yanvarın 2-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Far.Az”a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda isə gecə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Oxşar xəbərlər

Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Dekabrda orta aylıq temperatur iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Bakıda duman olacaq, bəzi rayonlara yağış, qar yağacaq, dolu düşəcək - PROQNOZ
Sabah hava şəraiti dəyişkən buludlu olacaq, arabir yağış yağacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər