Hacıqabulda yol qəzasında 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB-2
Hacıqabulda “VAZ-2107” markalı avtomobilin “Mercedes” markalı nəqliyyat vasitəsinə, daha sonra digər avtomaşına çırpılması nəticəsində bir nəfər ölüb.
“Far.Az”un Aran bürosu məlumatına görə, qəza nəticəsində ağır xəsarət alan Sabirabad rayon sakini, 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, qəza zamanı həmçinin 2014-cü il təvəllüdlü Sarıyev Elgün Eldəniz oğlu, 1991-ci il təvəllüdlü Sarıyev Günel Əliağa qızı, 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı, Aminə Qəhrəmanova, Vilayət Qəhrəmanov və Elvin Sarıyev xəsarət alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hacıqabulda baş verən yol qəzasında yaralıların sayı 7 nəfərə çatıb.
Bu barədə “Far.Az”un Aran bürosu məlumat verib.
Qəza nəticəsində Sabirabad rayon sakinləri 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu, 2014-cü il təvəllüdlü Sarıyev Elgün Eldəniz oğlu, 1991-ci il təvəllüdlü Sarıyev Günel Əliağa qızı, 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı, Aminə Qəhrəmanova, Vilayət Qəhrəmanov və Elvin Sarıyev xəsarət alıblar.
Hacıqabulda yol qəzası baş verib, beş nəfər xəsarət alıb.
“Far.Az”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralında Qədirxum istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil “Mercedes” markalı avtomobilə və daha sonra digər maşına çırpılıb. Qəza nəticəsində Sabirabad rayon sakinləri, 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu, 2014-cü il təvəllüdlü Sarıyev Elgün Eldəniz oğlu, 1991-ci il təvəllüdlü Sarıyev Günel Əliağa qızı, 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Hacıqabuldakı yol qəzasında xəsarət alanların sayı 7 nəfərə çatıb - YENİLƏNİB
Bu il ən yüksək nəticə göstərib ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
-
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Azərbaycan Kuboku: Cari mövsümdə tamaşaçı sayı son 10 ilin ən yüksək göstəricisi kimi yadda qalıb
-
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
-
Sibiqa Gürcüstanla münasibətlərdə yeni səhifə açmaq niyyətində olduğunu bildirib













