Ağstafa və Tovuzun meşə sahələrində 4 mindən çox ağac əkilib
Far.Az xəbər saytı

Ağstafa və Tovuzun meşə sahələrində 4 mindən çox ağac əkilib


Bu gün Ağstafa və Tovuz rayonlarının meşə sahələrində ümumilikdə 4 mindən çox ağac əkilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.

Onun sözlərinə görə, meşəbərpa tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ağstafa Rayon İcra Hakimiyyətinin rəsmiləri, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Ağstafa rayonundakı Poylu meşəbəyliyinin 1,2 hektar sahəsində 1500 ədəd Şərq çinarı əkilib:

"Daha sonra iştirakçılar Tovuz rayonu ərazisindəki Qovlar meşəbəyliyinin zərərverici və xəstəliklərə yoluxaraq qurumuş şam ağacı meşəliyinin 3 hektarında aparılan meşəbərpa tədbirlərinə qoşulub və 2500-dən artıq Eldar şamı ağacı əkiblər".

R.Əşrəfov vurğulayıb ki, tədbir iştirakçıları həmçinin Qovlar meşəbəyliyi ərazisində əkin materiallarının istixana şəraitində yetişdirilməsi üçün yaradılan tingçilik təsərrüfatına baxış keçirib, aparılan işlərlə tanış olub.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
COP29 qlobal səviyyədə istixana qaz emissiyalarının balansını təmin edəcək - FOTO - ANALİZ 
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər