Avropa Gənclər Müsabiqəsinin qalibləri müəyyənləşib
Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Gənc Avropa Səfirləri ilə birgə Avropa Gənclər Müsabiqəsinin dördüncü buraxılışının final mərhələsi baş tutub.
“Far.Az” xəbər verir ki, tədbir "Yaşıl Gələcək” şüarı altında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Planetimiz naminə" kampaniyası çərçivəsində həyata keçirilib.
Aİ-nin Azərbaycan nümayəndəsi Peter Mixalko bərpa olunan enerji və yaşıl siyasət sahəsində qlobal lider olan Avropa İttifaqının Azərbaycan gənclərinin ideyalarını dəstəklədiyini qeyd edib:
“Bu gün gənclərdən öyrənmək və onların ətrafımızı əhatə edən real dayanıqlılıq çağırışlarına yönəlmiş dəyərli həll yollarını kəşf etmək bizim üçün böyük həyəcan doğurur. Mənim üçün tam aydındır ki, bu komandaların innovativ yanaşmaları Azərbaycanın və planetimizin gələcəyi üçün böyük ümid yaradır. Çəkdikləri zəhmətə və parlaq ideyalarına görə bütün komandalara təşəkkür edirəm".
Daha sonra müsabiqənin final mərhələsi keçirilib. Hər biri dörd üzvdən ibarət olan dörd komanda final mərhələsində qələbə uğrunda yarışıb.
“Times New Roman" komandası birinci, "Green Innovators" ikinci, "Sustainable energy" üçüncü, "Voyage" isə dördüncü yerləri tutublar.
Ümumilikdə "Yaşıl Gələcək” müsabiqəsinə Ağdaş, Bakı, Xankəndi, İsmayıllı, Lənkəran və Şəmkirdən 512 nəfərin təmsil olunduğu 128 komanda qatılıb.
Oxşar xəbərlər
Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Nyu-Yorkda IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qala konserti baş tutub
Bakıda Ulu Öndərin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib, qaliblər açıqlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb














