Qazaxıstana aparılan avtomobillər Bakı-Quba-Rusiya yolunda YANDI
Far.Az xəbər saytı

Qazaxıstana aparılan avtomobillər Bakı-Quba-Rusiya yolunda YANDI


Ötən gecə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunda avtomobillər daşıyan maşın yanıb.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Bildirilib ki, Qazaxıstana aid minik avtomobilləri dasıyan yük maşını yanıb. Nəticədə avtodaşıyıcıda olan bir neçə  "Toyota" markalı maşınlar yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Siyəzən rayonunda (Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyi) "Mercedes" markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd "Toyota" markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb. Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Oxşar xəbərlər

Toyota Prius: Hibrid Avtomobillərin atası
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda DƏHŞƏT - Bir-birinə bitişik 4 ev yandı
Xırdalandakı yanğına görə binada yaşayan 45 sakin təxliyə edilib
Həm sürücülərin, həm sərnişinlərin şikayət etdiyi beynəlxalq magistral - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər