Gecəki tonqal həkimin maşınını yandırdı
Far.Az xəbər saytı

Gecəki tonqal həkimin maşınını yandırdı


Bu səhər Bakıda həkimin maşını yanıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının yaxınlığında qeydə alınıb.

Yanğınla bağlı görüntüləri redaksiyamıza göndərən şahidlər bildiriblər ki, yanğına səbəb ötən axşam Od çərşənbəsi münasibətilə yolun ortasında qalanan tonqal olub.

Onların sözlərinə görə, tonqal tam sönmədiyi üçün səhərə közərtiləri qalıb. Belə ki, klinikanın həkimi avtomobilini saxladıqdan bir neçə dəqiqə sonra yanğın başlayıb. 

Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın TAM SÖNDÜRÜLDÜ
Qazaxıstana aparılan avtomobillər Bakı-Quba-Rusiya yolunda YANDI
Od çərşənbəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər