

Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 213 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.
Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır.
Qeyd edək ki, yaşayış sahələri çoxmənzilli bina kompleksində yerləşir və yüksəkkeyfiyyətli tikinti materialları ilə müasir dizaynda təmir edilib. Mənzillər elektrik enerjisi, qaz və su ilə tam təchiz olunub. Kompleks geniş həyətyanı sahəyə və yeraltı qaraja malikdir. Həyətyanı sahədə sakinlərin istirahəti üçün şərait yaradılıb, müxtəlif idman qurğuları, uşaq oyun meydançası quraşdırılıb. Ərazidə uşaq bağçası və məktəb mövcuddur. Metronun "Dərnəgül" stansiyasından 50 metrlik məsafədə yerləşən kompleksin yaxınlığında, həmçinin avtobus dayanacağı və digər zəruri infrastruktur mövcuddur.
Yeni mənzillər vətəndaşların seçimi üçün 08 aprel 2025-ci ildən etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı İKZF-nin rəsmi internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi "YouTube" kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin "1549" Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda daha 296 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək
Azərbaycanda 9 ayda 1 126 ailə satmaq öhdəliyi ilə mənzil kirayəyə götürüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
201 nömrəli tam orta məktəbin direktoru işdən azad edilib
-
DÇ-2026: Azərbaycan millisi bu gün Parisdə Fransa yığması ilə qarşılaşacaq
-
Tanınmış aktyorun qızı XƏRÇƏNGƏ tutuldu
-
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
-
Mədəniyyət Nazirliyindən Əminə Yusifqızı ölümü ilə bağlı NEKROLOQ
-
"Park Yasamal"da mənzillərin ilkin ödənişi cəmi 18 165 manatdan başlayır - "Kristal!"