Çinin avtomobil nəhəngi rekord sayda maşın satıb
Çinin BYD şirkəti 2025-ci ilin birinci rübündə rekord sayda avtomobil satmağa nail olub.
Far.Az xəbər verir ki, yanvar-mart aylarında Çinin ən iri avtomobil istehsalçılarından biri 416 388 ədəd elektromobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz çoxdur.
Hibrid avtomobillərin satışı isə 569 710 ədədə çataraq 2024-cü ilin birinci rübü ilə müqayisədə 76 faiz artıb.
Təkcə mart ayında BYD xaricə 206 084 elektromobil tədarük edib ki, bu da ötən ilin mart ayı ilə müqayisədə 111 faiz çoxdur.
BYD-nin satış strukturunda PHEV (elektrik mühərrikli hibrid avtomobillər) payı ötən ilki 51,9 faizdən 57,8 faizə yüksəlib. Eyni zamanda, elektromobillərin payı 48,1 faizdən 42,2 faizə enib.
Analitiklərin proqnozlarına görə, BYD bu il yeni bir rekord vuraraq dünya üzrə 5,5 milyon avtomobil satacaq. 2024-cü ilin nəticəsi 4,3 milyon, 2023-cü ildə isə üç milyon idi.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Toyota Prius: Hibrid Avtomobillərin atası
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













