Əməkdar həkim komaya düşdü
Far.Az xəbər saytı

Əməkdar həkim komaya düşdü


Komaya düşən əməkdar həkim Cabir Məmmədovun vəziyyəti açıqlanıb.

Far.Az Yurd.Media-ya istinadən məlumat verir ki, əməkdar həkim hazırda komadadır və süni tənəffüs aparatına qoşulub.

"Baku Medical Plaza"nın reanimasiya şöbəsinə yerləşdirilən Cabir Məmmədovun, həmçinin şəkər xəstəsi və xroniki böyrək çatışmazlığı olması səbəbindən durumu xüsusi diqqət tələb edir.

Həkimin oğlu Rəşad Cabirli faktı təsdiqləyib. Onun sözlərinə görə, həkimlər əllərindən gələni edirlər.

Qeyd edək ki, Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi terapiya şöbəsinin keçmiş müdiri olan Cabir İsrafil oğlu Məmmədov 1950-ci ildə anadan olub. O, 1984-1985-ci ilərdə Quba rayonu Alpan kənd xəstəxanasında həkim çalışıb və 1985-1996-cı illərdə Quba RMX-da həkim-kardioloq, 1996-2023 illər ərzində Ümumi terapiya şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

1988-ci ildə Moskvada keçirilən Həkimlərin Ümumittifaq Qurultayında Azərbaycanı təmsil edib, Ali ixtisas dərəcəsi alıb, "SSRİ səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.

2013-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalıyla təltif edilən C.Məmmədov, 2018-cü ildə dövlət başçısının daha bir Sərəncamına əsasən "Əməkdar Həkim" fəxri adına layiq görülüb.

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
"Kişi olsaydın, oğlun olardı" - 2 nəfəri başından güllələyən 60 yaşlı şəxs
İntihar edən Həsən Kür komadadır, süni tənəffüs aparatına qoşulub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ATU: Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər