PUA ilə ölkə ərazisinə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Far.Az xəbər saytı

PUA ilə ölkə ərazisinə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb


Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd xəttinə yaxın sahədə sərhəd naryadı tərəfindən pilotsuz uçuş aparatının (PUA) hərəkəti və əraziyə kiçik həcmli bağlama ataraq İran istiqamətində geri qayıtması müşahidə edilib

Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. 

Bildirilib ki, sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində atılmış bağlamanı götürmək məqsədilə əraziyə gələn Lənkəran rayon sakini – 1988-ci il təvəllüdlü Həsənov Anar Rasim oğlu, eləcə də avtomobildə onu gözləyən Qubadlı rayon sakini – 1985-ci il təvəllüdlü Hüseynov Razim Məhyəddin oğlu şübhəli şəxs qismində saxlanılmışdır.

Saxlanılan şəxslər ilkin dindirilmə zamanı əraziyə PUA vasitəsilə atılmış 4 kiloqram 504 qram narkotik vasitə marixuananı götürmək məqsədilə gəldiklərini etiraf etmişlər.

Araşdırma nəticəsində onların əvvəllər məhkum olduqları müəyyənləşdirilmişdir. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
PUA ilə Azərbaycana narkotik atdılar, götürmək istəyəndə ƏLƏ KEÇDİLƏR
PUA ilə Azərbaycana narkotik atdılar, götürmək istəyəndə ƏLƏ KEÇDİLƏR - ANBAAN GÖRÜNTÜ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər