Yollayışların verilməsi proseduru sadələşdirilib
Sanatoriyalara və istirahət mərkəzlərinə yollayış əldə etmək istəyənlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" Turizm İnformasiya Mərkəzinə (012) 492-50-10, (012) 492-75-53, (050) 328-38-77, (050) 328-38-11 nömrəli telefonlarla və ya QR vasitəsilə qeydiyyatdan keçməklə müraciət edə bilərlər.
Müraciətlərin operativ cavablandırılması və məmnunluğun təmin edilməsi məqsədilə "Kurort" Turizm İnformasiya Mərkəzində Çağrı Mərkəzi yaradılıb və hazırda 35-dən çox əməkdaş xidmət göstərir.
İyun ayından etibarən E-AHİK elektron rezervasiya sisteminin də istifadəyə verilməsi planlaşdırılır. Bununla da, yollayışları tam elektronlaşdırılmış qaydada əldə etmək imkanı da yaradılacaqdır.
Müraciət qəbul edildikdən sonra təsdiq və ya imtina barədə məlumat verilir, təsdiq edildikdə ödəniş rekvizitləri təqdim edilir və ödəniş həyata keçirildikdən sonra elektron yollayış müraciət edən şəxsin elektron poçt ünvanına göndərilir.
Əgər istirahət mərkəzi seçilibsə və həmin istirahət mərkəzi ilə müqavilə mövcud deyilsə və ya seçilən tarixlərdə boş yer yoxdursa, alternativ variantlar təklif olunur.
Qeyd edək ki, Mərkəz fəaliyyətə başladığı 25 noyabr 2024-cü ildən indiyədək 22 mindən artıq müraciət qəbul olunub və 15 mindən çox yollayış verilib. Digər müraciətlər hazırda baxılmaqdadır.
Yollayışların verilməsində tətbiq olunan bu yeniliklər növbəlilik prinsipinə əsaslanmaqla sanator-kurort xidmətlərinin keyfiyyətinin artırmasına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə xidmət edir.
Müraciət üçün QR kod:
Qalereya
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
-
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?













