Faiq Quliyev: Zəlimxan Yaqubun ev-muzeyinin tikintisinə dəstək göstəriləcək
Far.Az xəbər saytı

Faiq Quliyev: Zəlimxan Yaqubun ev-muzeyinin tikintisinə dəstək göstəriləcək


Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Xalq şairi Zəlimxan Yaqubun Gürcüstanda doğulub boya-başa çatdığı evi ziyarət edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, səfir şairin anası ilə görüşüb, onun səhhəti və vəziyyəti ilə maraqlanıb, Zəlimxan Yaqubun həyat və yaradıcılığı ilə bağlı xatirələrini dinləyib.

F. Quliyev, həmçinin Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə yerində tanış olub. Səfir layihənin əhəmiyyətini vurğulayıb və tikinti prosesinə dəstək göstəriləcəyini bildirib.

Qeyd olunub ki, Zəlimxan Yaqubun zəngin ədəbi irsinin, milli-mənəvi dəyərlərə bağlılığının və əziz xatirəsinin gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Bakıda Zəfər muzeyinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər