Lənkəranskinin yaxını olan "qanuni oğru" beynəlxalq axtarışa verilir
Far.Az xəbər saytı

Lənkəranskinin yaxını olan "qanuni oğru" beynəlxalq axtarışa verilir


Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsi cinayət iyerarxiyasında yüksək vəzifə tutduğu üçün "qanuni oğru" Merab Canqveladzeyə qarşı cinayət işi açıb.

Far.Az Lent.az-a istinadən xəbər verir ki, Merab üçün "qara zolaq" mart ayında onu himayə edən, ona dəstək olan və düşmənlərini dəhşətə gətirən kiçik qardaşı Levanın Tbilisidə öldürülməsi ilə başlayıb. Ekspertlər deyirdi ki, Merab belə bir zərbədən heç vaxt özünə gəlməyəcək. Hər halda, necə deyərlər, artıq ona uyğun olmayan rəqibləri bunun baş verməməsi üçün hər şeyi edəcəklər.

Cəmi iki aydan sonra Merab 30-a yaxın tərəfdarını toplayıb və Levanın qətlində iştirak edənlərin hamısının öldürülməsini elan edib. Digər "oğru"lar arasında bu xəbər skeptisizmlə qarşılanıb.

Yaxın vaxtlarda Canqveladze beynəlxalq axtarışa veriləcək. Merabın daimi yaşadığı İtaliya hakimiyyətinin onu ekstradisiya etməsi ehtimalı azdır, amma realdır. Birincisi, Canqveladzenin İtaliya vətəndaşlığı yoxdur, ikincisi, İtaliya Rusiya Daxili İşlər Nazirliyinin xətti ilə konstruktiv dialoqun qurulduğu azsaylı ölkələrdən biridir.

Qeyd edək ki, Merab və Levan Canqveladze qardaşları mərhum azərbaycanlı kriminal lider Rövşən Lənkəranskinin yaxın adamları olublar. Lakin onlar "Ded Xasan"ın qətlindən sonra Lənkəranskiyə dönük çıxıblar. Hətta iddialara görə, Levan Moskva bazarlarına nəzarət uğrunda Lənkəranskini bıçaqlayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər