Bakıda ata gizli telefon işlədən qızını döyüb öldürdü
Bakıda ata doğma qızını döyə-döyə öldürüb.
Far.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Yelmar Atakişiyev həbsdə olduğu müddətdə qızı Cəmalə Atakişiyevanın əxlaqsızlıq etdiyini eşidib və həbsdən çıxandan sonra onu qətlə yetirmək qərarına gəlib.
Bir müddətdən sonra həbsdən çıxan ata qızını izləməyə başlayıb. O, ilk dəfə qızını diş həkiminin kabinetinə qədər izləyib. Həmin vaxt o, Cəmaləni diş həkiminin kabinetində açıq-saçıq geyimdə görüb və kabinetdə onu döyüb.
Daha sonra Yelmar qızının ikinci telefon işlətməsindən şübhələnsə də, Cəmalə bunu boynuna almayıb. Yelmar yenidən qızını izləməyə başlayıb.
Sonuncu dəfə Cəmalə Sumqayıta rəfiqəsi ilə görüşmək adı ilə adıçəkilən şəhərə getmək istədiyini deyib. Yelmar qızı ilə getmək istədiyini desə də, Cəmalə buna etiraz edib.
Nəticədə evdə mübahisə yaranıb və Yelmar qızının əl çantasını əlindən alarkən çantadan ikinci telefon çıxıb. Yelmar telefonu görəndən sonra qızını xüsusi amansızlıqla döyməyə başlayıb.
Hadisə nəticəsində Cəmalə huşunu itirib. Yelmar isə evdən çıxıb gedib, ailə üzvlərinə isə təcili yardıma zəng etməməyi tapşırıb. Ailə üzvləri Cəmalənin ağzından qan gəldiyini görüb, təcili tibbi yardım briqadası çağırıblar. Müayinə zamanı Cəmalənin öldüyü məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Atakişiyev 16 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













