Xameneinin yerinə oğlu, yaxud nəvəsi namizəd olacaq
İsrail və ABŞ-nin təhdidlərindən sonra İranın Ali rəhbəri Əli Xameneinin varisini müəyyən edəcək komissiya öz işini sürətləndirib.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yüksəksəviyyəli təhlükəsizlik rəsmisi bildirib ki, Xamenei ailəsi ilə birlikdə gizlənib və İnqilab Keşikçiləri Korpusunun təyinatlı bölməsi tərəfindən qorunur.
Mənbənin məlumatına görə, aparılan müzakirələrdən sonra iki öndə gedən şəxsin namizədliyi irəli sürülüb. Bunlardan biri Xameneinin 56 yaşlı oğlu Müctəba və nəvəsi Həsən Xameneidir.
Qeyd edək ki, Ali lider vəfat edərsə, İran konstitusiyası 88 üzvdən ibarət Ekspertlər Assambleyasının varis seçməsini tələb edir. Xameneinin özü 1989-cu ildə seçiləndən sonra proses yalnız bir dəfə tətbiq edilib.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp Xameneinin "asan hədəf" olduğunu bildirərək, hələlik onun öldürülməsinə lüzum duymadığını deyib.
İsrailin Baş naziri Benyamin Netanyahu Ali lideri hədəf almağı istisna etməyib və deyib ki, "Onun ölümü münaqişəni sona çatdıracaq".
İsrailin müdafiə naziri İsrael Katz isə bəyan edib ki, Xameneinin İsraildəki xəstəxanaya "vur" əmrindən sonra onun varlığına icazə verilə bilməz.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













