Beynəlxalq axtarışda olan şəxs Rusiyaya ekstradisiya edilib
Azərbaycan beynəlxalq axtarışda olan Rusiya vətəndaşını ölkəsinə ekstradisiya edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, 1995-ci il təvəllüdlü Zeynalov Sexran Ablaqa oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Rusiyada satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə və saxlama əməlinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa verilmiş S.A.Zeynalov cari ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiyanın səlahiyyətli orqanına təhvil verilib.
Oxşar xəbərlər
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













