Elektron qolbaq taxılan Tulin Ələkbərovanın məşqçilik LİSENZİYASI YOX İMİŞ
Far.Az xəbər saytı

Elektron qolbaq taxılan Tulin Ələkbərovanın məşqçilik LİSENZİYASI YOX İMİŞ


Nərimanov Rayon Məhkəməsində keçirilən son iclasda altı ay müddətinə ev dustaqlığına buraxılan Tulin Ələkbərovanın məşqçi lisenziyası yoxdur.

Far.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Kikboksinq Federasiyasından bildirilib. 

Bildirilib ki, Tulin Ələkbərovaya məxsus olan "Ələkbərova Fight Club"un da federasiyada rəsmi qeydiyyatı yoxdur. Hətta həmin klubun idmançılarına da federasiyanın rəsmi hər hansı bir yarışında iştirak etmə hüququ verilmir.

*** 11:34

Xuliqanlıqda ittiham olunan kikboksçu Tülin Ələkbərovanın mühakiməsi başa çatıb.

Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən son iclasda hökm açıqlanıb.

Tülin kafelərdən birində mübahisə etdiyi həmcinsinə yumruqla xəsarət yetirməkdə ittiham olunub. Zərərçəkmişin şikayəti əsasında kikboksçu cinayət məsuliyyətinə cəlb edilib.

Bu əməlinə görə Tülinə 2 ilə kimi həbs cəzası nəzərdə tutulsa da, yumşaldıcı hallar vəziyyəti dəyişib.

Nəticədə hakim Gültəkin Əsədova kikboksçu ilə bağlı həbs qərarı çıxarmayıb.

Tülinə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Onun üzərinə cihazın işləkliyinə nəzarət və digər qaydalara əməl etmək öhdəliyi qoyulub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Tülin yumruğa görə cəzalandırıldı - Elektron qolbaq taxılacaq
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ev dustaqlığına buraxılan tiktokerlərə niyə elektron qolbaq tətbiq edilməyib?
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər