İlham Əliyev Kopenhagendə Moldova Prezidenti ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Prezidenti Maya Sandu ilə görüşüb.
Far.Az xəbər verir ki, dövlət başçısı Moldovada keçirilmiş parlament seçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq bu seçkilərin Moldova xalqının iradəsini əks etdirdiyini deyib.
Moldova Prezidenti təbriklərə görə təşəkkürünü ifadə etdi. O da öz növbəsində Vaşinqtonda Ermənistanla Azərbaycan arasında Amerika Birləşmiş Ştatlarının şahidliyi ilə sülh gündəliyi üzrə əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, xüsusilə də enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.
Prezident Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib
Moldovada prezident seçkiləri: Maya Sandu qələbə qazanıb - YENİLƏNİB 2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA
-
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram"













