Azercell Amazon ilə tərəfdaşlıq qurur
Rəqəmsal transformasiya strategiyasının bir hissəsi olaraq, Azercell qlobal Amazon Partnyorlar Şəbəkəsinə (Amazon Partner Network) rəsmi şəkildə qoşularaq müvafiq sertifikasiyanı əldə edib.
7 oktyabr tarixində Azercell və AWS (Amazon Web Services) nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə əməkdaşlığın inkişafı və yeni istiqamətlərin müəyyən edilməsi müzakirə olunub. Görüş zamanı əsas diqqət yerli süni intellekt həllərinin inkişafı, infrastruktur layihələri, o cümlədən Direct Connect (xüsusi şəbəkə bağlantısı xidməti) və digər texnoloji istiqamətlərə yönəldilib.
Amazon rəqəmsal transformasiya proseslərinin dəstəklənməsinə, rəqəmsal bazarın inkişafına, yeni tərəfdaşların cəlb olunmasına və innovasiyaların təşviqinə hazır olduğunu vurğulayıb. Müzakirələr zamanı xüsusi diqqət kibertəhlükəsizliyin gücləndirilməsi, texnologiya sahəsində ixtisaslı kadrların hazırlanması, İKT sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi və milli süni intellekt strategiyasının həyata keçirilməsi təşəbbüslərinə yönəldilib.
Görüşlər çərçivəsində kibertəhlükəsizlik, süni intellekt strategiyası və innovativ texnologiyalar mövzularında xüsusi sessiyalar da təşkil olunub.
Bu tərəfdaşlıq ölkənin milli rəqəmsal ekosisteminin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Amazon Web Services dünyanın ən geniş və qlobal miqyasda ən böyük şəbəkəsinə malikdir. Şirkətin infrastrukturu unikal şəkildə qurulub və istər bulud mühitində, istərsə də lokal və ya kənar platformalarda fəaliyyət göstərən tətbiqlər üçün misilsiz miqyaslanma, performans və etibarlılıq təmin edir.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları













