Ağdamda atası tərəfindən şiddətə məruz qalan 2 yaşlı Musa sağalıb
Far.Az xəbər saytı

Ağdamda atası tərəfindən şiddətə məruz qalan 2 yaşlı Musa sağalıb


Ağdamda atası tərəfindən döyülərək ağır xəsarətlər alan 2 yaşlı Musanın vəziyyəti stabilləşib.

Far.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb ki, bir neçə gün əvvəl həyatda qalması möcüzə sayılan azyaşlı artıq təhlükəli mərhələni geridə qoyub.

27 avqust 2025-ci il tarixində ağır vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Musa dərhal Komitə tərəfindən nəzarətə götürülüb və aidiyyəti qurumlarla birgə tədbirlər görülüb.

Uşağın vəziyyətinin ağır olması səbəbindən o, təcili qaydada Bakıya – TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. Həkimlərin səyi nəticəsində azyaşlı həyatına yenidən qovuşub.

Hazırda Musanın vəziyyəti stabildir, o, müalicəsini xəstəxanada davam etdirir.

Oxşar xəbərlər

"Miss Russia 2025" qalibi real həyatda necə görünür?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər