Süni intellekt köməkçiləri xəbərləri tez-tez səhv təqdim edir
Avropa Yayım Birliyi (EBU) və BBC-nin birgə apardığı araşdırma göstərib ki, süni intellekt əsaslı köməkçilər xəbər məzmunlarını çox vaxt səhv və ya təhrif olunmuş şəkildə təqdim edirlər.
Far.Az xəbər verir ki, 14 dildə aparılan tədqiqatda ChatGPT, Microsoft Copilot, Google Gemini və Perplexity kimi platformaların 3 min xəbər sualına verdiyi cavablar qiymətləndirilib.
Nəticələrə görə, cavabların 45 faizində ən azı bir ciddi səhv, 81 faizində isə müəyyən növ problem aşkarlanıb. Ən çox yanlışlıq xəbərin mənbəsinin düzgün göstərilməməsi ilə bağlı olub.
Xüsusilə Google-un Gemini köməkçisində səhv mənbə göstəricisi 72 faizə çatıb, digər platformalarda bu göstərici 25 faizdən aşağı olub. Araşdırma həmçinin cavabların 20 faizində köhnə və ya yanlış məlumatların yer aldığını üzə çıxarıb.
EBU süni intellekt şirkətlərini xəbərlərlə bağlı cavablarında daha şəffaf və məsuliyyətli olmağa çağırıb. Qurumun media direktoru Jan Filip De Tender bildirib ki, "insanlar xəbərlərə inamını itirdikdə, demokratiyanın dayaqları da zəifləyir."
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb
Google-ın süni intellekt köməkçisi Gemini fərdi tətbiqlərə çıxış əldə edəcək
Ən çox istifadə edilən və xəta baş verən süni intellekt SİSTEMLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













