Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib - FOTO
Far.Az xəbər saytı

Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib - FOTO


Xocalı rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Qeyd edilən ərazi məişət tullantılarından təmizlənib, bu istiqamətdə tədbirlər davam etdirilir.

"Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır".

Oxşar xəbərlər

Şuşa və Xankəndidə ətrafı çirkləndirən 46 nəfər məsuliyyətə cəlb olunub
Şuşa və Xankəndidə ətrafı çirkləndirən 46 nəfər məsuliyyətə cəlb olunub - FOTO/VİDEO
Sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər gücləndirilib
Lerikdə sanitariya qaydalarının pozulması hallarına qarşı nəzarət gücləndirilib
Dəniz sahilini zibilləyənlər cərimələnib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər