Azərbaycanda quşçuluq və arıçılıq təsərrüfatları ilə bağlı yeni sığorta məhsulları təqdim olunacaq
Yaxın vaxtlarda Aqrar Sığorta Fondu quşçuluq və arıçılıq təsərrüfatları ilə bağlı yeni sığorta məhsulları təqdim edəcək.
"Far.Az" xəbər verir ki, bunu Fondun nümayəndəsi Əli Əhmədov Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə bildirib.
"Quşçuluq təsərrüfatlarının sığortalanması bir müddətdir ki, gündəmdədir və bu istiqamətdə "Azərbaycan Quşçuluq Assosiasiyası" İctimai Birliyi ilə bir neçə dəfə müzakirələr aparılıb, ümumi vəziyyət, mövcud risklər və statistik göstəricilər təhlil olunub. Sığorta mexanizminin hazırlanmasında beynəlxalq təcrübə nəzərə alınıb, xüsusilə də Türkiyə təcrübəsi öyrənilib. Fondun nümayəndələri bir neçə dəfə Türkiyədə səfərdə olub, aparılan təhlillər əsasında müvafiq layihə hazırlanaraq təqdim edilib və hazırda bu layihə müxtəlif dövlət qurumları ilə razılaşdırılır. Proses başa çatdıqdan sonra quşçuluq təsərrüfatlarının müxtəlif risklərdən sığortalanması mümkün olacaq. Eyni proses arıçılıq təsərrüfatlarının sığortalanması üzrə gedir. Bununla bağlı layihə hazırlanıb, müxtəlif dövlət qurumları ilə razılaşdırma mərhələsindədir", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayılıb, zəruri tədbirlər görülür
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib













