"Barselona" Markus Reşfordu birdəfəlik transfer etmək istəyir
İspaniya təmsilçisi "Barselona" hücumçusu Markus Reşfordla bağlı qərar qəbul edib.
"Far.Az" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, kataloniyalılar müqavilə əsasında "Mançester Yunayted"ə (İngiltərə) məxsus olan 28 yaşlı forvardı birdəfəlik transfer etməyi planlaşdırır.
La Liqa klubunun baş məşqçisi Hans-Diter Flik futbolçunun xidmətindən məmnundur və onu komandada saxlamağı düşünür.
Qeyd edək ki, "Barselona" bu transferi həyata keçirərsə, qarşı tərəfə 30 milyon avro ödəməli olacaq. Onun komandası ilə olan hazırkı icarə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Markus Reşford 2025/2026 mövsümündə "Barselona"nın heyətində 23 oyuna çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Mançester Yunayted" yetirməsini satmağa hazırdır
Musiqili teatrda tarixi an: Dilarə Kazımova "Chicago" ilə yadda qaldı
Futbol tarixinin 15 ən böyük UĞURSUZ TRANSFERİ - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi
-
Azərbaycan güləşçisi Ali Tsokayev dünya çempionatında bürünc medal qazanıb
-
"Dakar-2026": Azərbaycan cüdoçusu İbrahim Talıbov qızıl medal qazanıb
-
Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir
-
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu













