"Barselona" iki müdafiəçini heyətinə qatmaq istəyir
Far.Az xəbər saytı

"Barselona" iki müdafiəçini heyətinə qatmaq istəyir


İspaniyanın "Barselona" klubu Almaniya təmsilçiləri "Volfsburq"dan Konstantinos Kulyerakisi və "Hamburq"dan Luka Vuşkoviçi heyətinə qatmaq istəyir.

"Far.Az" "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya klubu adı çəkilən müdafiəçilərdən birini qış transfer pəncərəsində ala bilər.

K.Kulyerakis bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 16 oyunda heç bir məhsuldarlıqla yadda qalmayıb. Yunanıstan millisinin üzvünün klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. Oyunçunun dəyəri 25 milyon avro qiymətləndirilir.

İngiltərənin "Tottenhem" klubundan icarə əsasında "Hamburq"a qoşulan L.Vuşkoviç isə 15 matçda iki qolla yadda qalıb. Müdafiəçinin Premyer Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ildə bitəcək. "Transfermarkt" portalı xorvatiyalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.

Qeyd edək ki, "Barselona" hazırda 46 xalla La Liqanın turnir cədvəlinə liderlik edir.

Oxşar xəbərlər

Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər