Azərbaycanla İran arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Far.Az xəbər saytı

Azərbaycanla İran arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib


Bakıda Azərbaycan Respublikasının və İran İslam Respublikasının Xarici İşlər Nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən "Far.Az"a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İran nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Əlirza Mahmudi başçılıq edib.

Konsulluq məsləhətləşmələri çərçivəsində İran nümayəndə heyəti Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov tərəfindən qəbul edilib və görüş zamanı iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti, həmin əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinin rəsmiləri iştirak ediblər.

Danışıqlar zamanı konsulluq sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri, iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, o cümlədən bəzi istiqamətlər üzrə çətinliklərlə üzləşmiş vətəndaşlara zəruri konsulluq və hüquqi yardımın göstərilməsi imkanları, beynəlxalq axtarışda olan şəxslərin təhvil verilməsi, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün vətəndaşı olduqları ölkələrə verilməsi kimi məsələlər nəzərdən keçirilib.

Eyni zamanda, məsləhətləşmələr çərçivəsində Azərbaycan Respublikasının və İran İslam Respublikasının daxili işlər, sərhəd və gömrük orqanları arasında əməkdaşlıq məsələlərinə toxunulub.

Oxşar xəbərlər

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Samir Şərifov: “Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizəyə tələb olunan maliyyənin diaqnostikası aparılır” - MÜSAHİBƏ
İranın Zəngəzur yolu iddiası – Tehran Moskvaya qarşı - ŞƏRH
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər