Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək
Daşkənddə keçiriləcək Kosmik Texnologiyalar Konfransı 2026 (STC 2026) çərçivəsində Azərbaycan aprelin 1-də milli kosmik sənayesinin inkişaf planlarına həsr olunmuş xüsusi təqdimat keçirəcək.
"Report" forumun təşkilatçılarına istinadən xəbər verir ki, təqdimatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Azərkosmos" Azərbaycan Kosmik Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov keçirəcək.
Konfrans martın 30-da işə başlayacaq və üç gün davam edəcək.
Xatırladaq ki, STC 2025 Azərbaycanda keçirilib. Tədbir çərçivəsində "Azərkosmos" və "Stars International University" (Özbəkistan) arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd təhsil, elmi tədqiqatlar və kosmik sənayenin inkişafı sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Memorandum həmçinin kosmik sahədə bilik və təcrübə mübadiləsini, eləcə də iqtisadi, sənaye, elmi-texniki və texnoloji qarşılıqlı fəaliyyətin, o cümlədən İKT sahəsində inkişafa dəstək verilməsini əhatə edir.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub - YENİLƏNİB-2
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb













