Rusiya-Ukrayna müharibəsinin dörd ili: Qazanan və itirən kim oldu? - VİDEO
Dörd il əvvəl başlayan Rusiya-Ukrayna müharibəsi regional münaqişə olmaqdan çıxaraq Avropanın təhlükəsizlik sistemini sarsıdan və dünyanın geosiyasi xəritəsini yenidən cızan qlobal qarşıdurmaya çevrilib.
Far.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialinda bildirilib.
2022-ci ilin fevralında Moskva "xüsusi hərbi əməliyyat" adlandırdığı hücumu qısa və sürətli kampaniya kimi planlaşdırmışdı. Amma plan baş tutmadı. Müharibə ildırımsürətli hücumdan səngər savaşına, manevr döyüşündən tükəndirmə müharibəsinə çevrildi.
Bu gün cəbhə xətti min kilometrlərlə ölçülür. İrəliləyiş isə bəzən cəmi bir, bəzən isə onlarla metrdir. Müasir dron texnologiyası ilə yanaşı, İkinci Dünya müharibəsini xatırladan səngərlərin sintezini də bu müharibədə görmək mümkündür.
İtkilərə gəlincə isə, həm Rusiya, həm də Ukrayna tərəfi onları gizlətməyə çalışır. Amma Ukrayna Prezidenti Volodimir Zelenski bu yaxınlarda verdiyi açıqlamada müharibədə 55 min ukraynalının həlak olduğunu bildirib. Amma analitiklər bu rəqəmin 100-140 min olduğunu iddia edir. 15 mindən çox isə mülki itki var. Rusiya tərəfi itkilərin rəsmi sayını gizlədir. Amma Qərb ekspertləri bu sayın 288-409 min olduğu qənaətindədirlər.
Beləliklə, hər iki tərəf böyük itkilər verir, lakin həlledici üstünlük əldə edə bilmirlər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!













