Tramp Xameneinin ölümünü rəsmən təsdiqləyib - YENİLƏNİB
Far.Az xəbər saytı

Tramp Xameneinin ölümünü rəsmən təsdiqləyib - YENİLƏNİB


ABŞ Prezidenti Donald Tramp İranın ali din lideri Əli Xameneinin ölümünü rəsmi olaraq təsdiqləyib.

"Report" xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Xamenei öldü... O, kəşfiyyat vasitələrindən və yüksək texnologiyalı izləmə sistemlərindən yayına bilmədi", - Amerika lideri qeyd edib.

Onun sözlərinə görə, Xamenei və "digər liderlər" İsrail ilə sıx əməkdaşlıq çərçivəsində keçirilən əməliyyat nəticəsində öldürülüb.

"Buna baxmayaraq, kütləvi və dəqiq bombardmanlar bütün həftə ərzində və ya məqsədimizə - bütün Yaxın Şərqdə və sözsüz ki, bütün dünyada sülhə nail olana qədər fasiləsiz davam edəcək!" - deyə Tramp bəyan edib.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranın ali dini rəhbəri ayətullah Əli Xameneinin ölümü ilə bağlı xəbərləri "etibarlı" hesab etdiyini bildirib.

"Report" xəbər verir ki, ABŞ lideri bu barədə ABŞ-nin "NBC News" telekanalına telefonla verdiyi müsahibədə danışıb.

Müvafiq suala cavab olaraq Tramp: "Mən bir çox insanla danışmışam və biz bunun etibarlı məlumat olduğuna əminik", - deyə bildirib.

Onun sözlərinə görə, İranda] qərar qəbul edən insanların əksəriyyəti artıq sağ deyil.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.

Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər